Xəbər verdiyimiz kimi, Hiizbullah Həsən Nəsrullahın yerinə Naim Kasimı yeni rəhbər təyin edib.
AZXEBER.COM yeni təyin edilən Hizbullah liderinin dosyesini əldə edib.
1953-cü ildə Livanın cənubundakı Kfar Fila şəhərində şiə ailəsində anadan olan Qasim ilahiyyat təhsili alıb və Livan Universitetində kimya üzrə bakalavr dərəcəsi alıb.
1974-cü ildə Qasım Musa əs-Sədrin rəhbərlik etdiyi Əməl hərəkatına qoşulub.
1979-cu ildə İran İslam İnqilabından sonra Əməl hərəkatını tərk edərək 1982-ci ildən Hizbullahın qurulmasında iştirak edib. O, 1991-ci ildə Hizbullah baş katibinin müavini olub.
Kasım 1992-ci ildə Hizbullahın iştirak etdiyi parlament seçkilərində təşkilatın kampaniyalarına cavabdeh olub.
Naim Qasım 1991-ci ildən baş katibin müavini vəzifəsində çalışır.
Nəsrullahın varisi kimi adı hallanmağa başlayan Haşim Seyfəddinin Hizbullahın yeni lideri olacağı gözlənilirdi.
Lakin Seyfəddin də İsrailin hücumu nəticəsində həlak olub.
Kasım Nəsrullahın qətlindən sonra ilk dəfə oktyabrın 8-də televiziya vasitəsilə çıxış edib.
Mikayıl