Azərbaycanda son 10-15 il ərzində kəskin leysan yağışları müşahidə olunur, yağışlar fəsillər üzrə qeyri-bərabər paylanır...
Bunu "Report"a açıqlamasında Coğrafiya İnstitutunun icraçı direktoru, coğrafiya üzrə fəlsəfə doktoru Zaur İmrani deyib.
O bildirib ki, bir sıra mütəxəssislər normadan artıq yağan yağışları iqlim dəyişikliyi ilə əlaqələndirirlər:
"Ümumi tendensiyalarda nisbilik müşahidə edilir. Lakin yağışlar fəsillər üzrə qeyri-bərabər paylanır. Son 10-15 il ərzində kəskin leysan yağışları müşahidə olunur, bəzən normadan 3-5 dəfə artıq yağış düşür. Bu da fəsadlara səbəb ola bilir".
Z.İmrani əlavə edib ki, təbii fəlakətlərdən heç bir dövlət sığortalanmayıb, dünyanın bir çox ölkəsində belə hallar baş verir.
Poliqon.info