AZ

Cavan qalmaq üçün neçə saat yuxu bəs edər?

Kifayət qədər yuxu almaq üçün gündə neçə saat yatmaq lazımdır?

News24.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı nevroloq Vladimir Martınov "RIA Novosti"yə müsahibəsində danışıb.

Mütəxəssis qeyd edib ki, böyük insanın kifayət qədər yuxu alması üçün yeddi-doqquz saat tələb olunur. İstisna hallarda insanlar altı saat ərzində kifayət qədər yuxu ala bilirlər.

"Bəzi insanlar altı saat ərzində zəruri qədər yatmağı bacarırlar ki, bu da istisna haldır", - deyə V.Martınov bildirib.

Nevroloq xəbərdarlıq edib ki, xroniki yuxu çatışmazlığı diqqətin konsentrasiyası, həddindən artıq yorğunluq və immunitet sisteminin pisləşməsi ilə bağlı ciddi problemlərə gətirib çıxara bilər.

Seçilən
15
5
news24.az

10Mənbələr