AZ

Yunan-Roma güləşində tarixi zəfər və 2 rekord

Yunan-Roma güləşi üzrə Azərbaycan milli komandası tarixi uğura imza ataraq ardıcıl ikinci dəfə dünya çempionu olub.

Arena.az xəbər verir ki, Albaniyanın paytaxtı Tiranada keçirilən dünya çempionatında yunan-Roma güləşi üzrə yarışa bu gün yekun vurulub.

Millimiz möhtəşəm çıxış edərək Azərbaycan güləş tarixində yeni səhifə açıb.

Üç qızıl medal qazanan yığmamız 85 xalla dünya çempionu olub. Titulunu qoruyan komandamız ardıcıl 2-ci dəfə bu uğura imza atıb. Azərbaycan ən yaxın izləyicisi olan İranı 34 xal qabaqlayıb.

Millimiz bu uğurla Azərbaycan güləşində birdən-birə 2 rekordu yeniləyib. İkinci dəfə dünya çempionluğu kubokunu qazanmaqla böyüklər arasında güləş növlərimiz arasında ilkə imza atan yunan-Roma millimiz həm də bir DÇ-də 3 qızıl medal qazanan ilk komandamız olub.

Xatırladaq ki, Albaniyada Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (63 kq) və Ülvü Qənizadə (72 kq) dünya çempionu olublar. Onların hər biri komandanın hesabına 25 xal yazdırıb. DÇ-də debüt edən Qurban Qurbanov (82 kq) isə 5-ci yeri tutub. O, bu mundialda millimizə 10 xal qazandırıb.

Seçilən
51
10
arena.az

10Mənbələr