AZ

A Seriyası: “Napoli” Milandan 3 xalla döndü

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2024/2025-ci illər mövsümünün 10-cu turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

“Leççe” doğma meydanda “Verona”nı tək qolla üstələyib. “Kalyari” isə “Bolonya” ilə ev oyununda 2 cavabsız qolla uduzub.

Lider “Napoli” bu turda “Milan”ın qonağı olub. Neapol təmsilçisi çətin səfər matçından da inamlı qələbə ilə ayrılıb.

Turun qalan görüşləri oktyabrın son iki gününə təsadüf edəcək.

İtaliya, A Seriyası
10-cu tur
29 oktyabr

Kalyari – Bolonya 0:2
Qollar: Orsolini, 35. Odqor, 51.

Leççe – Verona 1:0
Qol: Dorqu, 51.

Milan – Napoli 0:2
Qollar: Lukaku, 5. Kvaratsxeliya, 43.

30 oktyabr

21:30. Empoli – İnter
21:30. Venesiya – Udineze
23:45. Atalanta – Montsa
23:45. Yuventus – Parma

31 oktyabr

21:30. Cenoa – Fiorentina
23:45. Roma – Torino
23:45. Komo – Latsio

Seçilən
72
1
arena.az

2Mənbələr