AZ

Azərbaycanda suvarılan əkin sahələrinin 10%-ində müasir suvarma sistemləri qurulub

Azərbaycanda suvarılan əkin sahələrinin 10%-ində müasir suvarma sistemləri qurulub.

Fins.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, fermer təsərrüfatlarında tətbiq edilən pivot suvarma sistemi sudan daha səmərəli istifadə etməyə (40%-ə qədər), məhsuldarlığı artırmağa və suvarma səmərəliliyini yüksəltməyə imkan verir. Eyni zamanda, bu sistem sahədə su sərfiyyatını dəqiq hesablamağa, gübrə və digər kimyəvi maddələrin su ilə birgə tətbiq edilməsinə və torpaq eroziyasının riskini azaltmağa kömək edir.

Məlumatda bildirilib ki, ölkədə fermələrə müasir suvarma sistemlərinin (yağış yağdırma, damcı suvarma və s.) tətbiqi ilə bağlı alternativi olmayan dövlət dəstəkləri təqdim edilir. Nəticədə, Azərbaycanda suvarılan əkin sahələrinin 10%-ində müasir suvarma sistemləri qurulub.

Kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatının əsas sahələrindən biridir və ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində, eləcə də iqtisadi inkişafın təşviqində mühüm rol oynayır. Son illərdə Azərbaycanda kənd təsərrüfatının yeni qabaqcıl texnologiyalar əsasında inkişaf etdirilməsi istiqamətində əməli tədbirlər görülməkdədir.

Bu baxımdan, ölkədə torpaq və su ehtiyatlarının məhdud olması şəraitində aqrar sektorda qarşıya qoyulan əsas hədəflərdən biri də vahid sahədə məhsuldarlığı artırmaqla daha böyük istehsal həcmləri yaratmaqdır.

Fuad Mədətov
Fins.az

Seçilən
8
2
fins.az

3Mənbələr