AZ

Bakıda marşrut avtobusu “qırmızı”da keçib qəza törətdi - Ölənlər var

Bakıda marşrut avtobusu ağır qəza törədib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Binəqədi qəsəbəsi ərazisində baş verib.

Belə ki, Əkbər Mehdiyevin idarə etdiyi 133 saylı xətt üzrə hərəkət edən “Karsan” markalı avtobus Binəqədi şosesi ilə Zəngəzur küçəsinin kəsişməsində işıqforun qırmızı işığında hərəkətini davam etdirib.

Nəticədə avtobus yaşıl işıqla öz yoluna davam edən “Opel Corsa” markalı avtomobilə çırpılıb. İdarəetmədən çıxan avtomobil isə hərəkətdə olan “Changan” və “Hyundai Santa Fe” markalı avtomobillərə çırpılaraq zəncirvari qəza baş verib.

Hadisə nəticəsində “Opel Corsa”nın sürücüsü Azər Mirzəxan oğlu Əyyubov və sərnişini Cavid Mahir oğlu Məmmədov qəza yerində həlak olub. “Changan”ın sürücüsü Babək Orucov isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Binəqədi RPİ-də cinayət işi açılıb, araşdırma aparılır.

Seçilən
93
17
qafqazinfo.az

10Mənbələr