AZ

Azərbaycan millisi Serbiya ilə üz-üzə

17 yaşadək qızlardan ibarət Azərbaycan millisi Avropa çempionatında mübarizəyə başlayır. 

Fanat.Az xəbər verir ki, U-17 bu gün I seçmə mərhələsində Serbiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Yığmamızın yer aldığı B Liqasının V qrupunun oyunları Lüksemburqun Bettemburq şəhərində yerləşən “Munisipial” stadionunda təşkil olunacaq.

Nərgiz Qurbanovanın baş məşqçisi olduğu kollektivin ilk matçı Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Qarşılaşmanı Uels və Gürcüstandan olan hakimlər idarə edəcəklər.

Qeyd edək ki, U-17 növbəti görüşünü noyabrın 2-də Lüksemburqa qarşı keçirəcək. 

AÇ-2025
I seçmə mərhələ
B Liqası, V qrup
30 oktyabr

21:00. Serbiya – Azərbaycan
Hakimlər: Şarlot Karpenter, Mişel Ceyn Portelli (hər ikisi Uels), Sopo Tsulaya, Mzevinari Şaraşanidze (hər ikisi Gürcüstan).
Bettemburq, "Munisipial" stadionu.

Seçilən
43
5
fanat.az

6Mənbələr