AZ

Sığorta şirkətlərində “yaşıl endirim” gözlənilir

Sığorta şirkətləri qarşıdakı dövrdə “ekoloji dostluq” tədbirləri çərçivəsində mövcud tariflərə yenidən baxaraq müştərilərinə müəyyən endirimlər etməyi nəzərdə tuturlar. Bu barədə “vergiler.az”a açıqlamasında Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktoru Elmar Mirsalayev məlumat verib.

E.Mirsalayevin sözlərinə görə, sığorta müqavilələrinin yenilənməsi zamanı onun şərtlərinin iqlim dəyişikliklərinə adaptasiyası planlaşdırılır: “Çünki bu, günbəgün böyüyən sığorta bazarımız üçün xüsusilə aktual mövzudur. Təbii ki, bunlar təkcə daxili bazar tələbi yox, qlobal əhəmiyyətli zərurətdir. Biz daha “yaşıl” və nəticə etibarilə daha təhlükəsiz bir dünya istəyiriksə, bu kimi sosial əhəmiyyətli məqamlara xüsusi diqqət yetirməli, müvafiq yöndə sağlam addımlar atmalıyıq. Sosial məsuliyyət çərçivəsində sığorta bazarı iştirakçıları ESG yönümlü aksiyalar icra edir, eyni zamanda kağız istifadəsini azaldaraq rəqəmsal transformasiya və avtomatlaşdırmaya keçid edir”.

İcraçı direktor əlavə edib ki, yerli sığorta bazarı iştirakçıları olan şirkətlər iqlim dəyişikliyi səbəbindən yarana biləcək risklərin təsirinin qiymətləndirilməsi üçün yeni modellər tətbiq edir, həmçinin bu risklərə dair xüsusi sığorta məhsulları yaradırlar. Bununla yanaşı, “Yaşıl enerji” şüarı ilə çalışan sığorta şirkətlərinin nümayəndəliklərində elektromobil istifadəçilərinə pulsuz şarj imkanı yaradılıb. Eləcə də elektromobillər üçün kasko məhsulu üzrə endirim aksiyaları da keçirilir.

Fərqanə ALLAHVERDİQIZI

Seçilən
53
1
vergiler.az

2Mənbələr