Meksikada cəngəllik örtüyü altında itən nəhəng Maya şəhəri Valeriana əsrlər sonra yenidən kəşf edilib. Bu kəşf arxeologiya aləmində böyük həyəcana səbəb olub.Gizli Valeriana şəhəri adlanan məbəd arxeologiya fakültəsinin məzunu tərəfindən cənub-şərqdəki Kampeçe əyalətində təsadüfən aşkarlanıb.Aspirant arxeoloq Luke Auld-Tomas internetdə araşdırma zamanı Meksikada ətraf mühitin monitorinqi təşkilatının lazer tədqiqatına rast gəlib.Lazer impulsları ilə bir obyektin və ya səthin məsafəsini anlamağa kömək edən bu araşdırmanın nəticələrini araşdıran Tomas bölgədəki meşədə itmiş bir şəhərin siluetini görüb.Beləliklə, o, başqalarının gözdən qaçırdığı bir şeyi, nəhəng qədim şəhəri kəşf edib.Valeriana adı verilən qədim şəhərin Latın Amerikasındakı ən böyük Maya mərkəzi olduğu güman edilən Calakmuldan sonra ikinci ən sıx Maya şəhəri olduğu təxmin edilir.Şəhərin əhalisi eramızın 750-850-ci illəri arasında ən yüksək həddə çatıb və 30 min ilə 50 min arasında insan yaşayıb. Bildirilir ki, bu rəqəm bu gün rayonda yaşayanların sayından çoxdur.Valeriana paytaxtın izlərini daşıyır və təsirli Calakmul bölgəsindən təxminən 100 kilometr məsafədədir.Əvvəllər yerli əhaliyə məlum olmayan qədim şəhər indi əsasən Maya nəslinin yaşadığı qədim Xpujil ərazisinin yaxınlığında əsas yoldan cəmi 15 dəqiqəlik piyada məsafədədir.Ümumilikdə, arxeoloqlar meşədə üç fərqli ərazini tədqiq edərək qədim şəhərin hüdudlarında müxtəlif ölçülü 6764 tikili müəyyən ediblər.Öz kəşfi ilə tarix yazan ABŞ-ın Tulane Universitetindən aspirant arxeoloq Luke Auld-Tomas ilə tədqiqatın həmmüəllifi professor Marcello Canuto deyir ki, bu yeni kəşf Qərbin tropik bölgələrinin sivilizasiyaların öldüyü yer olması fikrini dəyişdirməyə kömək edir. Əksinə dünyanın bu hissəsi zəngin və mürəkkəb mədəniyyətlərə ev sahibliyi edir.Valeriananın dağılmasına və tərk edilməsinə nəyin səbəb olduğu bilinmir, lakin arxeoloqlar iqlim dəyişikliyinin əsas amil olduğunu düşünürlər.Mənbə: BBC
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta