AZ

Baş nazirin keçmiş müşaviri: "Qərb sanksiyalar tətbiq etsə, Belarus ssenarisi təkrarlana bilər"

Baş

"Qərb hakim “Gürcü Arzusu” Partiyasının liderlərinə sanksiyalar tətbiq etsə, Belarus ssenarisi təkrarlana bilər. Qərbdə heç kim bunu istəmir, çünki bu halda Gürcüstan həqiqətən də Rusiyanın qucağına qayıdacaq".

Bunu Gürcüstan baş nazirinin keçmiş müşaviri, politoloq Tornike Şaraşenidze deyib.

“Gürcüstan hakimiyyəti göstərdi ki, sanksiya və etirazlardan qorxmur. Qərb bundan sonra necə davranacaq: Gürcüstanı təcrid edəcək? Belə bir şey ona gətirib çıxaracaq ki, Qərb bütün Cənubi Qafqazı itirəcək, çünki Gürcüstan coğrafi baxımdan regionun açarıdır.

Gürcüstan hakimiyyəti bu məsələdə çox yaxşı oynayır, çünki Ermənistan üzünü Qərbə tutub. Qərb Gürcüstanı itirsə, Ermənistanı da itirəcək, İrəvan da Rusiyaya üz tutacaq. Gürcüstan hakimiyyəti də buna oynayır, Qərbi Tiflisin şərtlərilə Gürcüstanın Avropaya inteqrasiyasını davam etdirməyə çağırır”, - analitik Ermənistan mətbuatına açıqlamasında bildirib.

Şaraşenidzenin sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi Gürcüstana yeni imkanlar pəncərəsi açıb:

“Ukraynada müharibə başa çatdıqdan sonra Avropa Birliyi əvvəlcə Kiyevi qəbul eləməli, adrınca Gürcüstanı müzakirə etməlidir. Amma bunun nə vaxt baş verəcəyini heç kim bilmir.

Nə qədər ərazimizdə, “Cənubi Osetiya” adlanan bölgədə Rusiyanın hərbi bazası var, Gürcüstanın NATO-ya üzvlüyü mümkün deyil. Rusiya qoşunlarının orada olması Gürcüstan üçün demokratiyaya yox, NATO məqsədi baxımından ən mühüm maneədir”.

Politoloq “Gürcü Arzusu”nun lideri Bidzina İvanişvilinin separatçı osetinlərdən üzr bəyanatını “ciddi səhv” adlandırıb, onun fikrincə, bu, onun seçicilərini də məmnun etməyib.

“Ola bilsin, İvanişvili Moskvanın Tiflis və Sxinvalinin (Cənubi Osetiya) qeyri-rəsmi səviyyədə təmas qurmasına imkan verəcəyinə ümid edir. Əgər bu, yaxşı nəticə verərsə, niyə olmasın? Amma ümid edirəm ki, buna görə ağır bədəl ödəməyəcəyik.

Bununla belə, Gürcüstan hakimiyyətinin Moskva ilə ciddi dialoqa girəcəyini istisna edirəm, çünki seçiciləri də buna qarşı olacaq. Ona görə də Rusiya Cənubi Osetiya və Abxaziya ilə bağlı güzəştə getməyincə, Tiflisin Moskva ilə ciddi dialoqu olmayacaq. Çox güman ki, Gürcüstan hakimiyyəti Qərblə münasibətləri bərpa edəcək, çünki Rusiya ilə tək qalmaq istəmir”(Teleqraf)
Seçilən
51
reyting.az

1Mənbələr