AZ

Dünyada qızıla tələbat 5% artıb

2024-cü ilin üçüncü rübündə dünyada qızıla tələbat 5% artıb.

İqtisadiyyat.az TASS-a istinadən xəbər verir ki, bu barədə Dünya Qızıl Şurasının (WGC) hesabatında deyilir.

2024-cü ilin üçüncü rübündə dünyada qızıla tələb 5% artaraq 1313 ton təşkil edib.

Bildirilib ki, mədən istehsalı illik müqayisədə 6% artaraq rüblük rekorda çatıb. İnvestisiya tələbindəki əsas artım qızıl dəstəkli birja fondlarına (ETF) rekord kapital axını ilə əlaqədar olub.

Seçilən
44
iqtisadiyyat.az

1Mənbələr