AZ

Ombudsman “Əqli mülkiyyət və innovasiyalar yaşıl gələcək naminə (COP29-a doğru)” mövzusunda keçirilmiş tədbirdə çıxış edib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili(Ombudsman) Səbinə Əliyeva “Əqli mülkiyyət və innovasiyalar yaşılgələcək naminə (COP29-a doğru)” mövzusunda keçirilmiş tədbirdəiştirak edib.

Trendxəbər verir ki, bu barədə Ombudsman Aparatı məlumat yayıb.

Tədbirdə giriş nitqi ilə çıxış edən Müvəkkil müasir dövrün ənaktual problemlərindən biri olan iqlim dəyişikliyinin ölkələrindayanıqlı inkişafına və əhalinin sosial rifahına mənfi təsirgöstərdiyini bildirib, iqlim dəyişikliyi ilə mübarizə sahəsindəqabaqcıl texnologiyaların daha geniş tətbiqinin vacib olduğunudiqqətə çatdırıb.

Son zamanlarda internetdən istifadənin genişlənməsi nəticəsindəəqli mülkiyyətin ictimai həyatın bütün sahələrində rolununartmasına səbəb olduğunu qeyd edən Ombudsman yeni - yaşıltexnologiyaların tətbiqi ilə əqli mülkiyyət hüquqlarınınqorunmasının balanslaşdırılması və bununla da innovativ həllərəçıxış imkanlarının artırılmasının mühüm əhəmiyyət kəs etdiyinisöyləyib.

Əqli mülkiyyət hüququnun təmin edilməsinin bir sıra fundamentalhüquqların reallaşdırılmasına da zəmin yaratdığını diqqətə çatdıranMüvəkkil bu baxımdan Əqli Mülkiyyət Agentliyi ilə Ombudsman Aparatıarasında mövcud əməkdaşlıq əlaqələrinin daha da inkişafetdirilməsinin vacib olduğunu vurğulayıb.

Səbinə Əliyeva, həmçinin ölkəmizin BMT-nin İqlim Dəyişmələriüzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cusessiyasına (COP29) ev sahibliyi etməsinin mühüm əhəmiyyət kəsbetdiyini bildirib, COP29 ərəfəsində Ombudsmanların Beynəlxalq BakıForumunun keçirildiyini, iqlim dəyişikliklərinin yaratdığıproblemlər və onların həlli yollarının müzakirə olunduğunu qeydedib.

Ombudsman
Ombudsman
Seçilən
45
1
az.trend.az

2Mənbələr