“COP29 dövründə Heydər Əliyev adına Beynəlxalq Hava Limanında tibbi xidmətin təşkil olunması ilə əlaqədar xidmət göstərəcək təcili yardım briqadaları təyin edilib".
“Cebheinfo.az” xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun COP29 tədbirinə dair görülən işlər barədə brifinqdə deyib.
O bildirib ki, COP29 konfransına hazırlıq prosesi çərçivəsində paytaxtda nəqliyyatın idarəedilməsi üzrə keçirilən monitorinqlərdə TƏBİB-in tabeliyindəki Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin təcili tibbi yardım briqadaları müxtəlif marşrut və ssenarilər üzrə yoxlamaları uğurla yerinə yetirib.