AZ

Qazaxıstan neft hasilatı proqnozunu 90,3 milyon tondan aşağı salacaq

Qazaxıstan 2024-cü il üçün neft hasilatı proqnozunu əvvəlcədən planlaşdırılmış 90,3 milyon ton səviyyəsindən aşağı salacaq. 

Valyuta.az xəbər verir ki, bu barədə çərşənbə günü energetika naziri Almasadam Satkaliyev jurnalistlərə bildirib.

“Yaxın vaxtlarda konkret rəqəmləri açıqlamağa hazır olacağıq. Çox güman ki, aşağı istiqamətdə…” - deyə Satkaliyev qeyd edib.

Qazaxıstanın nəhəng Kaşaqan yatağında 7 oktyabrda başlayan və bir ay davam edəcək planlı təmir işləri zamanı neft hasilatında ciddi azalma qeydə alınıb.

Energetika nazirinin sözlərinə görə, Kaşaqandakı təmir işləri planlaşdırılandan daha uzun müddət çəkə bilər.

Nicat

Seçilən
53
valyuta.az

1Mənbələr