AZ

ABŞ-dan Belousovun müavinlərinə SANKSİYA

ABŞ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib.

Publika.az xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Maliyyə Nazirliyi hesabat dərc edib.

Məhdudiyyətlərin tətbiq olunduğu şəxslər arasında Rusiyanın müdafiə naziri Andrey Belousovun müavinləri Pavel Fradkov, Aleksandr Fomin və Viktor Qoremıkin də var.

Xatırladaq ki, ABŞ daha əvvəl Belousovun oğluna qarşı da sanksiyalar tətbiq etmişdi.

Bu dəfə siyahıda ümumilikdə 32 nəfər və çox sayda Rusiya şirkətinin adı qeyd olunub.

Seçilən
23
3
publika.az

6Mənbələr