AZ

ABŞ-də prezident seçkisində həyəcanlı anlar: Tramp və Harrisin qalib gəlmək şansları bərabərdir

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Ağ Evin keçmiş rəhbəri Donald Tramp və ABŞ-nin vitse-prezidenti Kamala Harrisin qarşıdan gələn prezident seçkisində qalib gəlmək şansları bərabərdir.
Oxu.Az xəbər verir ki, bunu ABŞ sakinləri arasında bu yaxınlarda keçirilmiş 65 ictimai rəy sorğusunun nəticələrinə əsasən "The Economist"in proqnozlaşdırıcı modelinin məlumatları sübut edir.
İndi iki namizədin hər birinin qalib gəlmək şansı 50% təşkil edir. Harris ilk dəfə keçən həftə Trampa uduzub, onun Oval kabinetə qayıtma şansı isə 54% qiymətləndirilib. Oktyabrın 18-də "The Economist"in modelində bu rəqəm 46% olub.
Qeyd olunur ki, seçkiyə bir neçə gün qalmış və namizədlər arasında minimal fərq olsa belə, respondentlərin seçimlərində cüzi dəyişikliklər olsa da, seçki proqnozuna ciddi təsir göstərəcək. Məlumata görə, Harrisin qalib gəlmək şansının artması daha çox onun populyarlığının orta hesabla 0.4 faiz bəndi artdığı Viskonsin, Miçiqan, Pensilvaniya və Şimali Karolina ştatlarında keçirilən sorğuların nəticələri ilə bağlıdır.
Seçilən
10
50
oxu.az

10Mənbələr