Yaxın Şərqdə vəziyyətin pisləşməsindən sonra bu il Livanda ən azı 102 tibb işçisi həlak olub, 83 nəfər isə yaralanıb.
“İki sahil” xəbər verir ki, bu barədə BMT-nin Livandakı Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi məlumat yayıb.
BMT-nin məlum sənədində qeyd edilib ki, 2023-cü il oktyabrın 8-dən Livanda tibb müəssisələrinə ən azı 55, təcili yardım maşınlarına isə 27 hücum qeydə alınıb.
Xatırladaq ki, sentyabrın 23-də İsrail “Hizbullah” qüvvələrinə qarşı hərbi əməliyyatlara başlayıb. Əməliyyatlar zamanı daha çox təşkilatın Livan ərazisindəki hərbi hədəflərinə kütləvi hava zərbələri endirilir. Sentyabrın 27-də Beyrutda törədilən partlayışlardan biri nəticəsində Hizbullah lideri Həsən Nəsrullah öldürülüb.