EN

Livanda 100-dən çox tibb işçisi ölüb

Yaxın Şərqdə vəziyyətin pisləşməsindən sonra bu il Livanda ən azı 102 tibb işçisi həlak olub, 83 nəfər isə yaralanıb.

“İki sahil” xəbər verir ki, bu barədə BMT-nin Livandakı Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi məlumat yayıb.

BMT-nin məlum sənədində qeyd edilib ki, 2023-cü il oktyabrın 8-dən Livanda tibb müəssisələrinə ən azı 55, təcili yardım maşınlarına isə 27 hücum qeydə alınıb.

Xatırladaq ki, sentyabrın 23-də İsrail “Hizbullah” qüvvələrinə qarşı hərbi əməliyyatlara başlayıb. Əməliyyatlar zamanı daha çox təşkilatın Livan ərazisindəki hərbi hədəflərinə kütləvi hava zərbələri endirilir. Sentyabrın 27-də Beyrutda törədilən partlayışlardan biri nəticəsində Hizbullah lideri Həsən Nəsrullah öldürülüb.

Chosen
25
ikisahil.az

1Sources