AZ

GPON texnologiyasının tətbiqinin ətraf mühitə təsirləri

Bakı. Trend:

2015-ci ildə BMT-nin bütün üzv dövlətləri tərəfindən qəbuledilən “2030: Dayanıqlı İnkişaf Məqsədləri” Yer kürəsinin, onunəhalisinin və digər canlıların qorunmasını, ölkələrdəki sənaye vəbizneslərin inkişafını ehtiva edən 17 məqsəddən ibarətdir.

Biznes mühitinin dayanıqlılığının, müxtəlif qruplar üçün bazaxidmətlərinin əlçatanlığının təmin edilməsi, ümumilikdə isərəqəmsal uçurumun aradan qaldırılması və insanların həyatkeyfiyyətinin yaxşılaşdırılması üçün dünya dövlətləri GPON (GigabitPassive Optical Network) və digər genişzolaqlı internetinfrastrukturunun qurulmasını təşviq edirlər.

Genişzolaqlı internet infrastrukturunun faydalarını dünyadaqabaqcıl şirkətlərin və inkişaf etmiş ölkələrin aktiv tətbiq etdiyi3P Dayanıqlı İnkişaf Modeli (3P – People, Planet, Profit)çərçivəsində dəyərləndirdiyimiz zaman insanlar və mənfəət faktoruilə bağlı kifayət qədər geniş bilginin olduğunu müşahidə etsək də,həmin infrastrukturun ətraf mühitə təsiri ilə bağlı məlumatın dahaaz olduğunu görürük.

GPON texnologiyası genişzolaqlı internet xidmətləri sahəsindəkiinkişafla yanaşı, ətraf mühitin qorunmasında da mühüm rol oynayır.Bu texnologiya məlumatların ötürülməsi üçün optik liflərdənistifadə edərək daha səmərəli və ekoloji cəhətdən təmiz biralternativ təqdim edir. GPON-un ətraf mühitə təsirləriniaraşdırarkən enerji səmərəliliyi, karbon emissiyalarınınazaldılması və resursların qənaətindən bəhs etmək vacibdir.

Enerji səmərəliliyi – GPON şəbəkələrində, aktivkomponentlərdən daha çox passiv komponentlərdən istifadə edilir, buda enerji istehlakını əhəmiyyətli dərəcədə azaldır. Beynəlxalqtəşkilatların araşdırmalarına görə, mis şəbəkələrlə müqayisədə GPONşəbəkəsi 80% daha az enerji istehlak edir.

Bu texnologiyanın tətbiqi nəticəsində çoxsaylı texnolojiobyektlərdə quraşdırılan avadanlıqlar yeni çöl tipli texnolojiavadanlıqlarla əvəz edilərək enerjiyə qənaət olunur.

Qeyd olunanlar da GPON texnologiyasının tətbiqinin daha səmərəliolduğunu göstərir.

Karbon emissiyalarının azaldılması – Enerjiistehlakına tələbin azalması öz növbəsində karbon emissiyalarınınmiqdarında da öz əksini tapır. GPON şəbəkələrinin tətbiqi, şəbəkəinfrastrukturunun enerji sərfini azaldır, bu da ətraf mühitə müsbəttəsir edir. Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) tərəfindəndərc edilən hesabatda karbon emissiyasının 30-40% azaldığıvurğulanır.

Resursların səmərəli istifadəsi – GPONşəbəkəsinin qurulmasında istifadə edilən optik liflərinistehsalında mis kabellərlə müqayisədə daha az xammal tələb olunur.Avropa Telekommunikasiya Standartları İnstitutu (ETSI) tərəfindənaparılmış tədqiqatın nəticələrinə görə, mis kabellərlə müqayisədəoptik liflərin istifadəsində 80% az xammaldan istifadə olunduğunudeməyə əsas verir.

“Ağıllı” şəhər layihələri – GPONtexnologiyasının tətbiqi, “ağıllı” şəhər layihələrində dayanıqlı vəetibarlı internet bağlantısını təmin edir. Bundan əlavə, “SmartCities Council” təşkilatının hesabatlarına görə, GPONtexnologiyasının tətbiqi 20-30% enerjiyə qənaət olunmasına gətiribçıxarır.

Digər tərəfdən, daha yüksək və keyfiyyətli internetin işmühitinə tətbiqi zamanı məhsuldarlıqla yanaşı, ekoloji təsiri dədiqqətə alınmalıdır.

Məsafədən işləmə – Pandemiya dövründəaktuallaşan uzaqdan işləmə modeli hazırda da davam etməkdədir.Rəqəmsal kommunikasiya vasitələri insanlara evdən işləmə imkanıyaratmaqla, əhalinin fərdi və ictimai nəqliyyatdan asılılığınıazaltdı. Bu da öz növbəsində karbon emissiyasının azaldılmasınamüsbət təsir göstərdi. Beynəlxalq araşdırmalara görə, uzaqdan işsayəsində təkcə ABŞ-də hər il 3 milyon ton karbon emissiyasıazaldılır.

Onlayn təhsil və toplantılar – Rəqəmsal cihazvə alətlər habelə genişzolaqlı internet işgüzar fəaliyyətin vətəhsilin onlayn mühitə keçməsini intensivləşdirir. Bu, fizikisəyahətin azalmasına, toplantı yerlərində enerji sərfiyyatınınminimallaşdırılmasına və digər resurslardan daha az istifadəyəgətirib çıxarır. Ümumiyyətlə, onlayn təhsil və virtual konfranslartəhsil müəssisələrinin enerji sərfiyyatını və nəqliyyatın yaratdığıkarbon emissiyalarını əhəmiyyətli dərəcədə azaldır.

Qeyd edək ki, Azərbaycanda 2017-ci ildən etibarən GPONtexnologiyasının tətbiqinə başlanılsa da, 2021-ci ildən startgötürən “Onlayn Azərbaycan” layihəsi ilə proses daha daintensivləşib. Layihə ölkənin ən ucqar yaşayış nöqtələrində dəəhali və təşkilatlar üçün yüksəksürətli internetə çıxışı təminetməklə insanların rifahını yaxşılaşdırmaq məqsədi daşıyır. Artıqölkədə mövcud ev təsərrüfatları və biznes subyektlərinin 99.1%-ningenişzolaqlı internetə çıxışı təmin edilib.

Seçilən
19
1
az.trend.az

2Mənbələr