AZ

Bred Pitin yaşatdığı travma Coliyə baha başa gəlib

Məşhur Hollivud aktrisası Ancelina Coli keçmiş əri aktyor Bred Pitə görə yeni münasibət qura bilmir. Bu barədə “In Touch Weekly” nəşri öz mənbəsinə istinadən məlumat yayıb.

“Ancelinanın hələ də subay qalmasının bir səbəbi var. Bu səbəb onunla görüşmək istəyən kişilərin olmaması deyil. Səbəb odur ki, o, Bredlə olduğu kimi yenidən incidilməkdən qorxur və travma alamamq üçün onların hamısını məsafədə saxlayır”,- məqalədə yazılıb.

Mənbə Ancelina Colinin Hollivud aktyoru ilə evlənməzdən əvvəl "qorxusuz biri olduğunu və çox asanlıqla aşiq olduğunu" qeyd edib. Lakin indi çox aktrisa xeyli dəyişib.

Ancelina Colinin altı övladı var: oğulları Maddoks Sivan, Paks Tien və Noks Leon və qızları Zahara Marley, Şiloh Nouvel və Vivienne Marçelinedir. Onların hamısı əvvəlcə Coli-Pit soyadını daşıyıb. Hərçənd onlardan yalnız üçü - Şilo, Noks və Vivyen - Ancelina və Bred Pitin bioloji övladlarıdır. Coli 19 sentyabr 2016-cı ildə boşanma üçün ərizə yazıb. Lakin proses rəsmi olaraq yalnız 2019-cu ildə yekunlaşıb. İndi keçmiş cütlük əmlakları bölürlər.

Tural

Seçilən
72
9
news365.az

10Mənbələr