Aktrisa Ancelina Coli keçmiş əri Bred Pitin şərab zavodunda payına görə pul alıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "InTouch Weekly" məlumat yayıb.
Bred Pitt deyib ki, Coliyə "Chateau Miraval"dakı payının satışına görə pul ödənilib. Bundan əvvəl cütlük biznesin 50%-nə sahib idi. Bred Pitin sözlərinə görə, o, uğurlu şərab biznesi yaratmaq üçün çox vaxt və pul xərcləyib.
Məhkəmə sənədlərindən məlum olub ki, Bred Pitt və onun vəkillər komandası Ancelinaya 54,4 milyon dollar təklif ediblər. Pul altı il ərzində ödənilməli idi, ilkin ödəniş 46 milyon dollar olmalı, yerdə qalan 8,5 milyon dollar isə hissə-hissə ödənilməlidir.
Qeyd edək ki, 19 sentyabr 2016-cı ildə Coli boşanma üçün ərizə verib, lakin iş rəsmi olaraq yalnız 2019-cu ildə yekunlaşıb. İndi keçmiş həyat yoldaşları əmlak bölürlər.
Aydın