AZ

Ancelina Coli Bred Pittin uğursuzluğuna sevinib

Aktrisa Ancelina Coli keçmiş əri Bred Pittin yeni filminin uğursuzluğuna sevinib...

Hollivud ukduzu Ancelina Coli keçmiş əri Bred Pittin kinodakı uğursuzluqları fonunda sevincək olub.

Poliqon xəbər verir ki, bu barədə “In Touch Weekly” insayderi məlumat yayıb.

Mənbə iddia edir ki, Apple TV+ rəhbərləri “Yalquzaqlar” filminin kinoteatr nümayişini azaltmaqla və film üçün reklam kampaniyası aparmamaqla Pitt və Corc Klunini “dəhşətli vəziyyətdə” qoyublar.

Mənbənin sözlərinə görə, bu vəziyyətdə yalnız Ancelina Coli xoşbəxtdir, çünki bu mövsüm Netflix tərəfindən fəal şəkildə dəstəklənir. Onun “Mariya” filminə görə Oskar mükafatına namizəd olacağı gözlənilir.

İnsayderin yazdığına görə, Coli “Bredə bütün qəlbi ilə nifrət edir” və onun Kluni ilə dostluğunu heç vaxt bəyənməyib.

Avqustun sonunda “Mariya” sənədli filminin 81-ci Venesiya Beynəlxalq Film Festivalında premyerasında səkkiz dəqiqəlik sürəkli alqışlarla qarşılandığı bildirilir. Filmin rejissoru çilili rejissor Pablo Larreyndir. Bioqrafik film dünya şöhrətli opera müğənnisi Mariya Kallasın həyatından bəhs edir, bu rolu Coli ifa edib.

“Yalquzaqlar” kriminal komediyasının dünya premyerası sentyabrın 1-də, rəqəmsal buraxılışı isə sentyabrın 27-də olub. Bu filmdə Pitt və Kluni bir işdə birlikdə işləmək məcburiyyətində qalan iki təmizləyici rolunu oynayırlar.

Poliqon.info

Seçilən
30
6
poliqon.info

7Mənbələr