AZ

Ölümcül McDonald's epidemiyasının səbəbi məlum oldu

ABŞ-da 90 nəfərin xəstələnməsinə səbəb olan E. coli epidemiyasının mənbəyinin McDonald's restoranlarında istifadə edilən doğranmış soğan olduğu məlum olub.

McDonald’s səhmləri ABŞ-da zəhərlənmə xəbərindən sonra ucuzlaşıb

FED.az xəbər verir ki, 13 ştatda yoluxma halları qeydə alınıb. Ən çox yoluxma Kolorado və Montanada olub: Koloradoda 29, Montanada isə 17 yoluxma təsdiqlənib.

Bu xəstələrdən 27-si xəstəxanaya yerləşdirilib, ikisi isə böyrək çatışmazlığına səbəb ola biləcək HUS sindromu inkişaf etdirib. Koloradoda bir ölüm halı qeydə alınıb.

ABŞ səhiyyə rəsmilərinin araşdırmalarınaa əsasən, Quarter Pounder-də istifadə olunan doğranmış soğanın yayılma mənbəyi olduğunu bildirib. McDonald's bəzi ştatlarda bu menyudan soğanı çıxarıb. Təchizatçı Taylor Farms da təsirlənən restoranlara verilən soğanları geri çağırıb.

Seçilən
33
fed.az

1Mənbələr