AZ

“Putin Şimali Koreyanın köməyilə də qalib gəlməyəcək” - Ostin

Pentaqonun rəhbəri Lloyd Ostin əmindir ki, hətta Şimali Koreya qoşunlarının köməyə gəlməsi də Vladimir Putinin Ukraynaya qarşı açdığı müharibədə qalib gəlməsinə kömək etməyəcək.

“AzPolitika” xəbər verir ki, L.Ostin bunu Cənubi Koreyanın Müdafiə naziri Kim Yonq-hyunla keçirdiyi birgə mətbuat konfransında deyib.

ABŞ Müdafiə naziri Cənubi Koreyalı həmkarı ilə “bu təhlükəli və sabitliyi pozan eskalasiyaya mümkün reaksiyanı” müzakirə etdiklərini qeyd edib: “İndi Şimali Koreyanın Rusiyanın şərqinə təlim keçmək üçün 10 minə yaxın əsgər göndərdiyinə dair sübutlar var. Şimali Koreya qoşunlarının bir hissəsi artıq Ukraynaya yaxın ərazilərə köçürülüb”.

Onun sözlərinə görə, Şimali Koreya əsgərləri rus ordusuna aid geyimdədirlər və rus texnikası ilə təmin olunurlar: “Mən getdikcə daha çox narahatam ki, Kreml bu Şimali Koreya əsgərlərindən Rusiyanın Kursk bölgəsindəki hərbi əməliyyatlarını dəstəkləmək üçün istifadə etməyi planlaşdırır”.

O vurğulayıb ki, hərbi yardım üçün Şimali Koreya kimi “izqoy” dövlətə müraciət etməsi yalnız Putinin problemlərinin nə qədər böyük olduğunu göstərir: “Putin Ukraynada Şimali Koreyanın köməyi ilə belə qalib gəlməyəcək. Lakin bu dərin narahatlıq doğuran hadisələr Koreya Respublikası ilə və ümumi təhlükəsizliyə, firavanlığa sadiq olan digər müttəfiq və tərəfdaşlarımızla ittifaqımızın vacibliyini vurğulayır”.

“AzPolitika.info”

Seçilən
11
50
azpolitika.info

10Mənbələr