"Mançester Yunayted"in baş məşqçisi vəzifəsini icra edən Rud van Nistelroy daha üç oyunda komandanın sükanı arxasında qalacaq.
Fanat.Az xəbər verir ki, məlumatı "Daily Mail" yayıb.
Baxmayaraq ki, klub artıq yeni baş məşqçi ilə mütləq razılığa gəlib. Bu, "Sportinq"dən Ruben Amorim olacaq.
Amma mənbənin məlumatına görə, portuqaliyalılar bunun yalnız 3 oyundan sonra - noyabrın ortalarında milli komandalara görə fasilədə reallaşa biləcəyini çatdırıb. Həmin vaxta qədər niderlandlı vəzifəsinin icrasını davam edəcək.
Amorim 2013-cü ildə Ser Aleks Ferqyusonun təqaüdə çıxmasından sonra "Yunayted"in altıncı baş məşqçisi olacaq. Onun özü ilə köməkçilərini də gətirəcəyi, Nistelroyun komandanı tərk edəcəyi bildirilir.
"Mançester Yunayted"in portuqaliyalı üçün 9,2 milyon funt sterlinq (11 milyon avro) ödəyəcəyi gözlənilir.
Mirağa