AZ

“Qırmızı şeytanlar” yeni baş məşqçisini açıqladı

Erik ten Haqla yollarını ayıran "Mançester Yunayted" yeni baş məşqçisini açıqlayıb.

Gundem.az apasport.az-a istinadla bildirir ki, bu barədə Premyer Liqa klubunun mətbuat xidməti məlumat yayıb.

Ruben Amorim komandanın yeni baş məşqçisi təyin edilib.

39 yaşlı çalışdırıcı ilə 2027-ci ilə qədər müqavilə imzalanıb. Portuqal mütəxəssisin müqaviləsini 1 illik uzatma variantı var.

Ruben Amorim komandaya noyabrın 11-də qoşulacaq. O, "qırmızı şeytanlar"a qoşulanadək kollektivə Rud van Nistelroy rəhbərlik edəcək.

Qeyd edək ki, Ruben Amorim son olaraq ölkəsində "Sportinq"də işləyib.

Seçilən
111
5
gundem.az

10Mənbələr