AZ

Tayvanda 30 ilin ən güclü qasırğası hökm sürür - Bir nəfər ölüb, 73 nəfər yaralanıb

Tayvanda quruya çıxan və son 30 ilin ən böyük tayfunu adlandırılan \"Konq-rey” nəticəsində bir nəfər ölüb, ən azı 73 nəfər yaralanıb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, qasırğa səbəbindən minlərlə insan riskli bölgələrdən təxliyə edilib, 500-dən çox uçuş ləğv edilib.

Tayvan Mərkəzi Fövqəladə Əməliyyatlar Mərkəzi (CEOC) Tayvan ordusunun 34 mindən çox əsgəri gözləmə rejimində saxladığını və 8 mindən çox insanın yüksək riskli bölgələrdə təxliyə edildiyini açıqlayıb.
 
Birgə Tayfun Xəbərdarlıq Mərkəzi (JTWC) tərəfindən edilən açıqlamada, Taitung şəhərinə çatan tayfunun saatda təxminən 200 kilometr sürətlə küləklərə səbəb olduğu qeyd edilib.
 
Tayvan Meteorologiya Təşkilatı tərəfindən edilən açıqlamada Tayvanın şərq sahillərindəki Yilan, Hualien, Taichung və Taitung mahallarının bəzi hissələri üçün bu gün ən yüksək səviyyə olan güclü leysan xəbərdarlığı edilib.

Mikayıl
Seçilən
0
5
azxeber.com

6Mənbələr