AZ

Superliqanın iki klubunun prezidenti uzun müddətli cəza ala bilər

Türkiyə superliqasında çıxış edən iki klubun prezidenti ciddi cəza ilə üz-üzə qalıb.

''Adana Dəmirspor''un başqanı Bədirhan Durak və ''Qaziantep'' başqanı Memik Yılmaz qeyri-qanuni fəaliyyət göstərən qumar saytını təbliğ etdiklərinə görə Nizam-İntizam Komitəsinə sövq ediliblər. Söhbət yenə də ''meritking.news'' adlı saytdan gedir.

Xatırlayırsızsa, bir müddət öncə ''Qalatasaray'' da bu sayta görə problemlər yaşamışdı. ''Cim-Bom'' ''meritking.news'' ilə 14 milyon avro qarşılığında ikiillik sponsorluq müqaviləsi imzalamışdı. Konkret bu saytın özü idmanla bağlı olan xəbər saytıdı. Amma ''meritking'' adı ilə həm də qeyri-qanuni qumar saytı da fəaliyyət göstərir. Bu üzdən ictimai qınağın artdığını görən ''Qalatasaray'' müqaviləni ləğv etməli olmuşdu. Amma ''Adana Dəmirspor'' və ''Qaziantep'' hələ də bu saytla əməkdaşlığı davam etdirir. Son turda hər iki klubun stadionundakı led reklam lövhələrində dəfələrlə bu saytın adı yazıldı. Hər iki klub prezidenti ciddi cəza ala bilər.

Belə ki, Futbol İntizam Təlimatnaməsinin 57-ci maddəsinə əsasən qeyri-qanuni qumar şirkətinin təbliğinə görə 3 aydan 1 ilə qədər cəza nəzərdə tutulub.

ƏLİ

Seçilən
56
football-plus.az

1Mənbələr