AZ

“Mançester Yunayted”in yeni baş məşqçisi bu həftə təqdim olunacaq

“Sportinq Lissabon”un baş məşqçisi Ruben Amorim bu həftənin sonuna kimi “Mançester Yunayted”in yeni baş məşqçisi kimi təqdim olunacaq.

Medianews.az Lent.az-a istinadən bildirir ki, hazırda hər üç tərəf danışıqları başa çatdırmaq üçün bu son tarixə diqqət yetirir.

Danışıqların müsbət istiqamətdə getdiyi və “Sportinq”in artıq Amorimin yerinə namizədlər üzərində ciddi iş apardığı qeyd edilir. Bu, hazırda “Sportinq”in əvəzedici komandasının baş məşqçisi olan 40 yaşlı Joao Pereyra ola bilər.

Əvvəllər bildirilirdi ki, Amorimlə müqavilə imzalamaq imkanı üçün “Mançester Yunayted” “Sportinq”ə 10 milyon avro təzminat ödəməli olacaq.

Seçilən
9
41
medianews.az

10Mənbələr