Andrey Lunin yanvar transfer pəncərəsində “Real”la yollarını ayıra bilər.
Sportinfo.az “Todofichajes”-ə istinadən xəbər verir ki, ukraynalı qolkiper özünə yeni klub axtarır.
Buna “Lill”in qapıçısı Luka Şevalyerin “Real”ın düşərgəsinə keçidi ilə bağlı şayiələr səbəb olub.
Lunin 2018-ci ildən “kral klubu”nun oyunçusudur. Onun madridlilərlə hazırkı müqaviləsi 2030-cu ilin yayında başa çatacaq.
25 yaşlı futbolçunun transfer dəyəri 25 milyon avrodur. O, ötən həftəsonu “Barselona” ilə matçda qapısından 4 top buraxıb.