AZ

"McDonald's" məhsullarına görə xəstələnənlərin sayı artır

ABŞ-nin 13 ştatında "McDonald's" restoranlarında istehsal olunan hamburgerlərdə aşkar edilən E.Coli bakteriyasına görə xəstələnənlərin sayının 90-a yüksəldiyi bildirilib.

Bakıvaxtı.az "Sözcü"-yə istinadla xəbər verir ki, ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (CDC) ölkənin 13 ştatında "McDonald's" "Quarter Pounder" hamburgerində tapılan koli bakteriyaları haqqında yenilənmiş məlumatları açıqlayıb.

Açıqlamada bildirilib ki, bu bakteriya səbəbindən xəstələnənlərin sayı 90-a çatıb, 27 nəfər xəstəxanaya yerləşdirilib. 

Əli Hüseynov

Seçilən
28
bakivaxti.az

1Mənbələr