AZ

Noyabr ayında yağıntının miqdarı normadan çox olacaq

Noyabr ayında havanın orta aylıq temperaturu əsasən iqlim normasına yaxın olacaq. Aylıq yağıntının miqdarı bəzi ərazilərdə normadan bir qədər çox olacaq.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, noyabr ayının ilk günlərində ölkə ərazisində hava şəraiti nisbətən sabit, əsasən yağmursuz keçəcək.

Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturu 6-11 dərəcə isti olacaq, bu da iqlim normasına yaxındır. Gecələr 7-12 dərəcə, gündüzlər 12-17 dərəcə isti olacaq. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacaq (norma 28-38mm).

Seçilən
96
28
turan.az

10Mənbələr