AZ

Avropa şirkəti ABŞ-da raket mühərriklərinin istehsalı üzrə zavod tikəcək

Avropanın Avio şirkəti ABŞ-da bərk raket mühərrikləri istehsal edəcək zavod tikməyi planlaşdırıb.

 

Oxu24.com xəbər verir  ki, bu barədə SpaceNews məlumat yayıb.

 

Zavodun ABŞ-da açılışı 2028-ci ildə planlaşdırılır.  ACMI Properties hazırda Avio üçün zavod tikmək üçün yer axtarır. Tərəflər 2025-ci ilin birinci yarısında gələcək müəssisənin yeri barədə qərar verməyi planlaşdırırlar.

İyul ayında nəşr ABŞ-ın Avropadan bərk raket gücləndiriciləri alacağını bildirmişdi. Amerikanın Raytheon korporasiyası ilə İtaliyanın Avio aerokosmik şirkəti arasında bağlanan müqavilə Avropada bərk raket mühərriklərinin işlənib hazırlanmasını və istehsalını nəzərdə tutur ki, onların ABŞ-da kifayət qədər miqdarda istehsalı, artan tələbat fonunda qeyri-mümkündür. 

 

Miri

 

Seçilən
15
oxu24.com

1Mənbələr