AZ

Azərbaycanda akkreditə olunmuş diplomatik missiyalar və öncül işçi qruplarının Bakı Stadionuna məlumat səfərləri təşkil olunub - FOTO

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) təşkili istiqamətində fəaliyyət göstərən COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən cari ilin 28 oktyabr tarixindən etibarən Azərbaycanda akkreditə olunmuş diplomatik missiyaların və beynəlxalq təşkilatların rəhbərləri, Azərbaycana səfər edəcək nümayəndə heyətlərinin öncül işci qrupları üçün konfransa hazırlıq prosesləri ilə tanışlıq məqsədilə məlumat səfərləri təşkil olunmuşdur.

APA xəbər verir ki, məlumat səfərlərində ümumilikdə 50-yə yaxın ölkənin 100-ə yaxın diplomatik missiya nümayəndəsi, eləcə də öncül işci qruplarının 100-dən çox nümayəndə və əlaqələndirici şəxsləri iştirak edib, tədbir məkanı Bakı Stadionu və Heydər Əliyev adına Beynəlxalq Aeroportuna baş çəkiblər.

İştirakçılara tədbir məkanının Mavi və Yaşıl zonaları barədə məlumat verilib, yüksək səviyyəli rəsmilər və qonaqlar üçün yaradılan şərait, müzakirələrin baş tutacağı Plenar zallar, media nümayəndələrinin rahat fəaliyyətini təmin edilməsi üçün qurulan Media Mərkəzi, danışıqlar üçün görüş otaqları və ölkə pavilyonları, eləcə də Akkreditasiya Mərkəzi kimi müxtəlif ərazilərə baxış keçirilib, COP29 zamanı hava limanında əməliyyatların idarə edilməsi proseslərini və burada görülən müvafiq tədbirlər ilə yaxından tanış olublar.

Məlumat səfərlərində iştirak edən qonaqlar COP29-un təşkil edilməsi istiqamətində qısa zaman ərzində görülmüş geniş miqyaslı işlərə görə rəğbət bildirib, dünyanın iqlim dəyişmələrinə həsr olunmuş ən böyük tədbiri sayılan COP29-un uğurlu təşkilində müvəffəqiyyətlər arzulayıblar.

Azərbaycanda Azərbaycanda Azərbaycanda Azərbaycanda Azərbaycanda Azərbaycanda Azərbaycanda Azərbaycanda Azərbaycanda Azərbaycanda Azərbaycanda Azərbaycanda Azərbaycanda
Seçilən
11
10
apa.az

10Mənbələr