AZ

Çində 107 yaşlı qadının buynuzu var

107 yaşlı çinli qadın Çen alnında 10 santimetr uzunluğunda buynuz böyüdükdən sonra “TikTok”un Çin versiyası olan “Douyin”in ulduzu olub. Bu barədə “New York Post” məlumat yayıb.

İstifadəçilər hesab edirlər ki, bu “uzunömürlülük buynuzu” Çenin qocalmasının əsas sirridir. Tibbi müayinə göstərib ki, şiş bir neçə il ərzində uzun müddət günəş altında qalma nəticəsində əmələ gəlib. Bu xoşxassəlidir, lakin kiçik bir komplikasiya riski olduğu üçün yaxından izlənilməlidir.

Çen planetdə kəllə sümüyünün buynuzu olan yeganə qadın deyil. Məsələn, 74 yaşlı Hindistan sakini Şyam Lal Yadavu da kəlləsinin yuxarı hissəsindən 10 santimetrlik buynuz çıxarıb. Lakin 2019-cu ildə cərrahlar şişi çıxarmaq qərarına gəliblər. Çen isə buynuzunu çıxarmaq fikrində olmadığını bildirib.

Nubar Süleymanova, “İki sahil”

Seçilən
8
3
ikisahil.az

10Mənbələr