“Mən universiteti bitirəndə təyinat verdilər ki Ağsuya get. Niyə indi tibbi bitirənlərə təyinat verilmir ki, rayonlarda boş qalan ərazilərdə işləsinlər”
Bunu deputat Aqil Abbas Milli Məclisin bu gün keçirilən iclasında deyib.
A.Abbas deyib ki, belə olsa, xəstəxanalar boş qalmaz:
“Ona görə də məcburi qayda da təyinat verilməlidir. Müəyyən imtiyazlarla təbii ki. Belə olsa, xəstəxanalar boş qalmaz”.
Qeyd edək ki, Milli Məclisin sədri Sahibə Qafarova Aqil Abbas və Səyyad Salahlıya irad bildirib və deyib ki, həkim olmadığını rəsmi sənədlərlə təqdim etsinlər.
Türkan İSGƏNDƏRLİ