Milli Məclisin sədr müavini Rafael Hüseynov parlamentdə Qanunvericilik dili və hüquq terminologiyası adlı şöbə yaradılmasını təklif edib.
İqtisadiyyat.az-ın məlumatına görə, o bununla bağlı Milli Məclisin bugünkü plenar iclasında “Uşaq hüquqları haqqında” qanunda dəyişiklik layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib. O qeyd edib ki, şöbədə hüquqşünaslar və dilçilər birləşə bilərlər:
“Çünki qanun layihələrinin dili çətindir və bunu insanlara daha anlaşılan formada təqdim etmək vacibdir”.
Milli Məclisin sədri Sahibə Qafarova da deputatın sözləri ilə razılaşdığını söyləyib:
“Qanun layihələri bizə gəlmədən öncə linqvistik ekspertizadan keçirilir. Amma haqlı olaraq deputatlar da bu məsələdə bəzi məqamlara toxunurlar. Hüquqşünasların dili çətindir. Qanun layihəsini sadə dillə izah etmək lazımdır. Bununla razıyam”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta