AZ

Türkiyədə kimyəvi maddə alımı üzrə tender elan olunub

Bakı, TurkicWorld

Türkiyə Bingöl bələdiyyəsi Natrium hipoxlorit (maye xlor) alımı üzrə tender elan edib.

Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Kimyəvi maddənin alımı üçün son tarix bu ilin sonuna qədərdir.

Tender zamanı 90000 kiloqram maye xlor alınacaq.

Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;

- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;

- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.

Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:

- Tender təklifləri 18 noyabr 2024-ci ildə “Yenişehir Mahallesi İstiklal Marşı Caddesi No:3 12000 Bingöl Merkez/Bingöl” ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir.

- Zərflərin hər küncü möhürlənməlidir.

Seçilən
94
3
turkic.world

4Mənbələr