“Mançester Yunayted”in yeni baş məşqçisinin adı açıqlanıb.
KONKRET.az xəbər verir ki, bu barədə klubun saytında məlumat verilib. Məlumata görə “qırmızı şeytanlara” bundan sonra portuqaliyalı Ruben Amorim başçılıq edəcək . O, öz işinə noyabrın 11-də işə başlayacaq. Müqavilənin müddəti 2027-ci ilin iyun ayına qədərdir və daha bir il uzadılması mümkündür. Bundan əvvəl 39 yaşlı Amorim “Sportinq”in baş məşqçisi vəzivəsində işləyib. O, 2020-ci ildən Lissabon təmsilçisində çalışır . Onun rəhbərliyi altında komanda iki dəfə ölkə çempionu adını bir dəfə isə Portuqaliya Kubokunu qazanıb. Bu mövsüm də “Sportinq” Portuqaliya çempionatına inamla başçılıq edir.
Vəli Həsənoğlu,
KONKRET.az