AZ

Viktor Orban: "Aİ iqtisadiyyatı pnevmoniyadan əziyyət çəkir"

"Avropa İttifaqı iqtisadiyyatında ciddi problemlər var ki, bunun da əsas səbəblərindən biri Rusiya ilə əməkdaşlığın dayandırılmasına görə enerji daşıyıcılarının qiymətinin artmasıdır". 

Valyuta.az xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban Avstriyanın "Servus TV" telekanalına müsahibəsində bildirib.

Orbanın fikrincə, iqtisadi problemlərin aydın əlamətlərini Almaniya, Avstriya və Avropa birliyinin bir sıra digər ölkələrində görmək olar.

"Avropa iqtisadiyyatı pnevmoniyadan əziyyət çəkir, ciddi problemlər və çətinliklər var", deyə Macarıstan Nazirlər Kabinetinin rəhbəri bildirib.

O xatırladıb ki, onun bəyanatlarına əsasən, Fransa prezidenti Emmanuel Makron da eyni fikirlə razılaşır. Sentyabrda İtaliyanın keçmiş baş naziri Mario Draqi Avropa Komissiyasına Aİ-nin mümkün rəqabət qabiliyyətini itirməsi və onun "yavaş ölüm əzabları" barədə xəbərdarlıq edən hesabat təqdim edib. Orban hesab edir ki, bu vəziyyətə enerji daşıyıcılarının qiymətlərinin artması səbəb olub, buna Rusiyaya qarşı sanksiyalar səbəb olub.

"Bu gün Avropa şirkətləri elektrik enerjisinə Amerika şirkətlərindən 2-3 dəfə, qaza görə isə 3-4 dəfə çox pul ödəməyə məcburdur" deyən baş nazir Avropanı məhv olmaqdan xilas etmək üçün qitənin yeni enerji siyasətinə ehtiyacı olduğunu bildirib. 

Paşa Məmmədli


 

Seçilən
35
26
valyuta.az

10Mənbələr