AZ

Makrondan Avropanın təhlükəsizlik məsələləri ilə bağlı ÇAĞIRIŞ

"Avropa ölkələri təhlükəsizlik məsələlərini həmişə ABŞ-yə həvalə etməməlidir". 

Bakıvaxtı.az "Euronews"a istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron deyib.

O, vurğulayıb ki, NATO Avropa ölkələri üçün əsas rol oynayır, lakin onlar öz strateji təhlükəsizliklərinə görə məsuliyyət daşımalıdırlar.

"Biz təhlükəsizliyimizlə bağlı məsələni əbədi olaraq Amerikaya təhvil verməməliyik.Donald Tramp Amerika xalqının maraqlarını qorumağı planlaşdırır. Bəs, biz Avropa xalqının maraqlarını müdafiə etməyə hazırıqmı?!" – deyə Makron qeyd edib.

Gülşən Şərif

Seçilən
16
26
bakivaxti.az

10Mənbələr