ABŞ Ukraynaya 425 milyon dollar dəyərində daha bir hərbi yardım paketi ayırdığını açıqlayıb.
APA xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.
Yeni yardım paketinə "NASAMS" zenit-raket artilleriya kompleksləri üçün döyüş sursatı, "HIMARS" yayılım atəşi sistemi, “Stinger” zenit-raket kompleksləri, 155 və 105 mm-lik artilleriya mərmiləri, "TOW" tank əleyhinə sistemlər üçün döyüş sursatları, "Javelin" və "AT-4" tank əleyhinə sistemlər, PUA əleyhinə avadanlıqlar, hava-yer döyüş sursatları, “Stryker” zirehli personal daşıyıcıları, atıcı silahlar və sursatlar daxildir.