AZ

Türkiyənin Avropa Birliyi ölkələrinə ixracatı 9 milyard dolları keçib (ÖZƏL)

Bakı, TurkicWorld

2024-cü ilin sentyabr ayında Türkiyənin Avropa Birliyi ölkələrinə ixracatı 2023-cü ilin eyni ayı ilə müqayisədə 0,1 faiz artaraq 9 milyard 36 milyon 740 min dollar olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Məlumata əsasən bu ilin yanvar – sentyabr ayında, Türkiyənin Avropa Birliyi ölkələrinə ixracatı, keçən ilin analoji dövri ilə müqayisədə 2,2 faiz artaraq, 79 milyard 700 milyon 211 min dollar olub.

“Bu ilin sentyabr ayında Türkiyənin Avropa Birliyi ölkələrindən idxalı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 11,4 faiz artaraq 8 milyard 895 milyon 823 min dollar təşkil edib” – deyə nazirlikdən bildiriblər.

Qeyd olunub ki, 2024-cü ilin yanvar – sentyabr aylarında Türkiyənin Avropa Birliyi ölkələrindən idxalı keçən ilin analoji dövrü ilə müqayisədə 3,5 faiz artaraq, 81 milyard 248 milyon 799 min dollar təşkil edib.

Məlumat üçün qeyd edək ki, bu ilin sentyabr ayında Türkiyənin xarici ticarət dövriyyəsi 49 milyard 103 milyon dollar olub.

Nazirlikdən qeyd edilib ki, 2024-cü ilin sentyabr ayında Türkiyənin ixracatı 2023-cü ilin eyni ayı ilə müqayisədə 1,9 faiz azalaraq 21 milyard 987 milyon dollar, idxalı isə 1,4 faiz azalaraq 27 milyon 116 min dollar olub.

“Bu ilin yanvar – sentyabr ayında Türkiyənin xarici ticarət dövriyyəsi keçən ilin eyni ayları ilə müqayisədə 443 milyard 937 milyon dollara çatıb” –deyə nazirlikdən bildirilib.
Məlumatda bildirilib ki, 2024-cü ilin yanvar-sentyabr ayında Türkiyənin ixracatı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,6 faiz artaraq 191 milyard 754 milyon dollara, idxalı isə 8,1 faiz azalaraq 252 milyard 183 milyon dollar olub.

Qeyd edək ki, keçən il Türkiyənin xarici ticarət dövriyyəsi 617 milyard 551 milyon dollara çatıb.

2023-cü ildə Türkiyənin ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 0,6 faiz artaraq 255 milyard 777 milyon, idxalı isə 0,5 faiz azalaraq 361 milyard 774 milyon dollar olub.

Seçilən
22
37
turkic.world

10Mənbələr