AZ

Salyanda avtomobil aşdı: Bir ailənin üzvləri xəsarət aldılar

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Salyanda baş verən yol-nəqliyyat hadisəsində bir ailənin dörd üzvü xəsarət alıb.
"Report"un Aran bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Hyundai" markalı avtomobil anidən idarəetməni itirərək yolun kənarına aşıb.
Qəza nəticəsində avtomobildə olan bir ailənin üzvləri, Masallı rayon sakinləri, 1987-ci il təvəllüdlü Könül Ərəstun qızı Bağırova, 1989-cu il təvəllüdlü Elşən Ərəstun oğlu Bağırov, 1993-cü il təvəllüdlü Pərvin Vüqar qızı Bağırova və 2023-cü il təvəllüdlü Ruqayyə Elşən qızı Bağırova müxtəlif dərəcəli xəsarətlər alıbıar.
Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Seçilən
75
45
oxu.az

10Mənbələr