"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Ferrari" pilotu Şarl Lekler 5000 avro cərimələnib.
Bu barədə Beynəlxalq Avtomobil Federasiyasının (FIA) mətbuat xidməti məlumat yayıb.
Buna 27 yaşlı sürücünün Meksika Qran-prisi zamanı əsas yarışdan sonra keçirilən mətbuat konfransında nalayiq ifadələr işlətməsi səbəb olub.
O, növbəti 12 ay ərzində bunu yenidən təkrarlasa, daha 5000 avro ödəməli olacaq.
"Cebheinfo.az"