AZ

"Hizbullah"ın daha iki komandiri zərərsizləşdirilib

İsrail ordusunun Livanın Tir bölgəsinə endirdiyi zərbələr nəticəsində "Hizbullah"ın iki komandiri zərərsizləşdirilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu (ÇAXAL) məlumat yayıb.

Məlumata görə, "Hizbullah" qüvvələrinin sahil sektoru komandiri Musa İzzəddin və sahil sektorundakı artilleriya komandiri Həsən Məcid Daib zərərsizləşdirilib.

"Onlar oktyabr ayında İsrailə doğru 400-dən çox mərmi atılmasına cavabdeh olublar", - deyə məlumatda qeyd olunub.

Seçilən
5
8
iqtisadiyyat.az

10Mənbələr