AZ

İsrail “Hizbullah” komandirini ələ keçirdi

 

İsrailin dəniz piyadaları Livanın şimalında, İsrail sərhədindən 140 km aralıda “Hizbullah” hərəkatının komandirini ələ keçirib.

KONKRET.az xəbər verir ki, bu barədə “N12” telekanalı İsrail hərbçilərinin nümayəndəsinə istinadən məlumat yayıb.

Telekanal bildirir ki, əsir götürülən “Hizbullah” komandiri dindirilmək üçün İsrail hərbi kəşfiyyatının 504-cü bölməsinə aparılıb.

“Ynet” portalının məlumatına görə, İsrail Hərbi Dəniz Qüvvələrinin “Şayetet-13” əməliyyatı zamanı ələ keçirilən şəxs İmad Amhazdır.

“The Times of Israel” isə yazır ki, o, “Hizbullah” hərəkatının dəniz qüvvələrində aparıcı vəzifələrdən birini tutub.

KONKRET.az

Seçilən
7
5
konkret.az

10Mənbələr