Küləkli hava şəraiti ilə bağlı faktiki vəziyyət açıqlanıb.
Publika.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin noyabrın 03-ü saat 12:00-a olan məlumatına əsasən, qərb rayonlarından başlayaraq şimal-qərb küləyi arabir güclənib.
Sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti Goranboyda 19 m/s, Bərdə, Naftalan, Ağdamda 18 m/s, İsmayıllı, Qobustan, Tərtər, Mingəçevirdə 16 m/s təşkil edir. Bakıda və Abşeron yarımadasında günün ikinci yarısından şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.