AZ

İspaniya La Liqası: Barselona derbisinin qalibi məlum oldu

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İspaniya La Liqasınən 12-ci turu çərçivəsində "Barselona" və "Espanyol" komandalarının qarşılaşması başa çatıb.
Oxu.Az xəbər verir ki, derbidə "Barselona"nın 3:1 üstün olub.
12-ci dəqiqədə "Barselona"nın yarımmüdafiəçisi Dani Olmo hesabı açıb. Rafinya 23-cü dəqiqədə fərqi artırıb. Daha sonra Dani Olmo oyunda dublu rəsmiləşdirib. Qonaqların heyətində yeganə qolu Xavyer Puado vurub. "Espanyol"un iki qolu VAR tərəfindən rədd edilib.
12 matçdan sonra "Barselona" 33 xalla La Liqanın turnir cədvəlinə başçılıq edir, "Espanyol" isə 10 xalla 17-ci yerdədir.
Seçilən
44
22
oxu.az

10Mənbələr